Http ilə Https fərqini bilirsinizmi?

Son zamanlarda internetdə bir çox saytların url (link) hissəsinə diqqət etdikdə https yazıldığını görəcəksiniz. SSL sertifikatı olmayan saytlar http, olan saytlar isə https başlığı ilə başlayır.

Http nədir?
Açılışı Hyper Text Transfer Protocol olan, hosting və domain arasında paylaşılan məlumatların hər hansı şifrələmə olmadan istifadəyə verilməsidir. Yani URL-in başında http:// varsa burda heç bir məlumat şifrələnmədən URL-ə göndərilir bu isə verilənlərin oğurlanması və dəyişdirlməsi kimi təhlükələri ortaya çıxarır.

Https nədir?
Açılışı Secure Hypertext Transfer Protocol olan https isə serverlə domain arasında hər bir məlumatı şifrələyərək göndərir. Bu da SSL Sertifikatından istifadə deməkdir.
Əsasən istifadəçi məlumatlarının təhlükəsizliyinin önəm daşıdığı saytlarda (banklar, online alış-veriş saytları) SSL sertifikatından istifadə edilir.

SSL-in üstünlükləri hansılardır?
SSL Security Sertifikatı, ödəmə sistmlərinin istifadə olunduğu e-ticarət saytlarında, kart məlumatlarının banka yönləndirilməsi zamani şifrələnməsini və bankdan gələn məlumatların da şifrəli olmasını təmin edir. Beləliklə istifadəçi məlumatlarının, 3-cü şəxslər təfəfindən ələ keçirilməsinin qarşısı alınır.

Digər Məqalələr